Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumçin xalq nümayəndələri məclisi daimi komitəsinin sədri Li Pen ilə təkbətək görüşdə söhbəti - Prezident sarayı, 23 iyun 2000-ci il


Heydər Əliyev: Xoş gəlmisiniz, cənab Li Penə Dəvəti qəbul edərək respublikamıza rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan ilə ÇXR arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsi hər iki tərəf üçün çox əhəmiyyətlidir. Dünyanın zəngin tarixə, böyük intellektual və iqtisadi potensiala malik iri ölkəsi olan Çinə 1994-cü ildə rəsmi səfərimi məmnunluqla xatırlayıram.

Beynəlxalq həyatda mühüm rol oynayan, respublikamızın dövlət müstəqilliyini birincilər sırasında tanınmış və onunla diplomatik münasibətlər yaratmış bu ölkə ilə əlaqalərin sıxlaşdırılmasına Azərbaycan həmişə xüsusi maraq göstərir. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkələrimizin əməkdaşlığı ardıcıl surətdə möhkəmlənir. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsininə Sədri olaraq Sizin respublikamıza rəsmi səfəriniz dövlətlərimiz arasında münasibətlərin inkişafında yeni mühüm hadisədir. Bazar münasibətləri, demokratik inkişaf yolunu seçmişs müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində uğurlar əldə olunmuşdur. Azərbaycan dünyanın bütün ölkələri ilə öz münasibətlərini suverenlik, qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında, dostluq zəminində qurur, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanmasına xüsusi əhəmiyyət verir.

Ermənistanın Azərbaycana təcavüzü on iki ildən bəri davam edir. Ermənistan silahli qüvvələri tərəfindən ölkəmizin ərazişının 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla çıxanlaraq çadırlarda ağır vəziyyətdə yaşayır. 1994-cü ildə atəşkəs rejimi əldə olunmuşdur. Bu münaqişənin sülh yolu ilə aradan qaldırıması sahəsində ATƏT-in Minsk qrupu böyük fəaliyyət göstərir. Ermənistan Prezidenti ilə apardığım birbaşa danışıqlar hələ ki, müsbət nəticə verməmişdir.

Lu Pen: Azərbaycana rəsmi səfərə dəvət olunduğuma görə Sizə, cənab Prezident, minnətdarlıq edir və Sizinlə görüşdən hədsiz məmnunluq duyuram. Zəngin iqtisadi potensiala malik olan ölkənizlə bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsinə daim xüsusi diqqət yetirirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan Respublikasında qazanılmış nailiyyətləri görməkdən çox məmnunam. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uygun surətdə tezliklə aradan qaldırımasına ÇXR tərəfdardır. Hər bir dövlətin ərazisi müqəddəs və toxunulmazdır. Biz bu mövqeni əsas tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik.

Heydər Əliyev: Biz sizin dostluğunuza əminik. Mən həmçinin əminəm ki, Azərbaycan ilə Çin arasında siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələr daha da inkişaf etdiriləcək, beynəlxalq təşkilatlarda ölkələrimizin əməkdaşlığı genişləndiriləcəkdir.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya