Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Zeynulabidin ben Əliyə - Bakı şəhəri, 3 noyabr 1999-cu il


Hörmətli cənab prezident!

Sizi yenidən Tunis Respublikasının prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Tunis Respublikasının xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.