Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarəti zamanı ABŞ Konqresi Nümayəndələr Palatasının Maliyyələşdirmə Komitəsinin sədri Cim Kolbe və NATO-nun baş katibi Corc Robertson ilə söhbəti - Nyu-York, 31 yanvar 2002-ci il


Cim Kolbe: Cənab Prezident, Sizinlə görüşdən şərəf duyduğumu bildirirəm. Biz Sizinlə birgə Dünya İqtisadi Foumunda iştirak edəcəyik. Mən ümid edirəm ki, biz siyasi dialoqlarda bir-birimizə əlaqə saxlayacağıq. Ümid edirəm ki, mən bu ilin yazında, yaxud da yayında Sizin ölkəyə səfər edəcəyəm.

Heydər Əliyev: Cənab Cim Kolbe, mən də sizinlə görüşdən şad olduğumu və Sizin Azərbaycana səfərinizdən məmnun qalacağımı bildirirəm.

Cim Kolbe: Cənab Prezident, bizim üçün böyük şərəf və çox xoşdur ki, Siz buraya gəlmisiniz. Bu dağıntılara baxanda yəqin ki, Dünya Ticarət Mərkəzinin nə qədər böyük bir kompleks olduğunu təsəvvür edə bilirsiniz. Gördüyünüz bu lövhələr 11 sentyabr faciəsi zamanı həlak olmuş insanların təmsil etdikləri ölkələrin siyahısıdır.

Heydər Əliyev: 11 sentyabrda baş vermiş bu faciəni biz Azərbaycanda böyük kədər hissi ilə qarşıladıq. Təsəvvür etmək mümkün deyildirki, bu binaları belə dağıtmaq olar.

Cim Kolbe: Cənab Prezident, buraya gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Yəqin ki, forumda bir daha görüşəcəyik.

Heydər Əliyev: İnşallah, görüşərik.

Cim Kolbe: Cənab Prezident, bir daha çox sağ olun.

***

Corc Robertson: Azərbaycan Prezidenti Heydər Əliyevi böyük ehtiramla, mehribanlıqla salamlayıram.

Cənab Prezident, bura çox bədbin bir yerdir. Amma Sizi burada görmək mənim üçün çox xoşdur.

Heydər Əliyev: Burada görüşməyimiz bir təsadüfdür. Mən heç gözləmirdim ki, burada Sizi görəcəyəm.

Corc Robertson: Tamamilə doğru deyirsiniz. Cənab Prezident, çox yaxşı görünürsünüz.

Heydər Əliyev: Siz də yaxşısınız.

Corc Robertson: Bu faciə bəzi insanların şeytan əməlləridir. Görürsünüz ki, kiçik bir hadisə minlərlə insanın ölümünə bais olmuşdur.

Heydər Əliyev: Bu faciə bütün dünyada bir dəyişiklik əmələ gətirdi.

Corc Robertson: Bəli bu faciə bizim hamımız üçün bir xəbərdarlıq oldu. Belə hadisələr bundan sonra da baş verə bilər. İndi gərək çalışaq ki, belə faciələr bir də baş verməsin.

Heydər Əliyev: Bəli belə hadisələrin qarşısı alınmalıdır. Biz terrora qarşı mübarizəni gücləndirməliyik.

Corc Robertson: Doğrudur, terrora qarşı hər yerdə, istənilən nöqtədə mübarizə aparılmalıdır.

Heydər Əliyev: Biz bu sahədə Sizinlə bir yerdəyik.

Corc Robertson: Cənab Prezident, çox sağ olun. Azərbaycan bizim üçün yaxşı tərəfdaş və yaxşı dostdur.

Heydər Əliyev: Bəli, biz etibarlı tərəfdaşıq.

Corc Robertson: Cənab Prezident, Sizin buraya qoyduğunuz əklilin üzərində təsvir edilmiş Azərbaycan bayrağını mən dərhal tanıdım. Bu bayraq mənim yaxşı yadımda qalıbdır. Cənab Prezident sağ olun.

Heydər Əliyev: Sağ olun.