"Azərbaycan Prezidenti Heydər Əliyevin GUÖAM ölkələri qadınlarının Bakıda keçirilən birinci əməkdaşlıq forumunun iştirakçılarını qəbul edərkən söhbətindən (20 sentyabr 2001-ci il)" sənədinə tarixi arayış


Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda qadın hərəkatının inkişaf mərhələləri, o cümlədən qadınların cəmiyyətdə rolunun artırılması sahəsində dövlət səviyyəsində işlər görülüb. Azərbaycan Respublikası 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. Heydər Əliyevin fərman və sərəncamları qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarıxı addımlar olub. 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət qadın siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. 2006-cı il 6 mart tarixli “Azərbycan Respublikasında Qadın Siyasəti haqqında” Fərmanı isə qadınların potensialının tam açılması üçün institusional mexanizm olub. Republikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktları, qərar və qətnamələr Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” qanunun tələblərinə uyğun aparılır.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.193