Heydər Əliyev 9-10 aprel 1994-cü il tarixində respublikanın cənub-qərb bölgəsinə səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Füzuli, Beyləqan və Ağcabədi rayonlarında görüşlər
keçirib.
Heydər Əliyev aprelin 9-da Füzuli rayonunda bilavasitə döyüş mövqelərində əsgərlərin əhval-ruhiyyəsi ilə yerindəcə tanış olaraq, müvafiq göstərişlər verib. Heydər Əliyev döyüşlərdə fərqlənənləri şəxsən təltif edib. Səfər cəbhəyanı rayonların müdafiəsinin etibarlı təmin edilməsi, orduya operativ rəhbərlik baxımından müstəsna əhəmiyyət daşıyıb.