Qazaxıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Nursultan Nazarbayevə - Bakı şәhəri, 5 iyul 2000-ci il


Hörmətli Nursultan Abişeviç!

Sizi әlamәtdar yubiley - doğum gününüzün 60 illiyi münasibәtilә ürәkdәn tәbrik edirәm.

Siz qazax xalqına mürәkkәb tarixi dövrdə başçılıq edirsiniz. Suveren Qazaxıstanın ilk prezidenti kimi, Siz öz düşünülmüş vә uzaqgörәn siyasәtinizlə ölkənizi müstәqillik, demokratiya və iqtisadi dəyişiklər  yolu ilə inamla irәli aparırsınız.

Qardaş qazax xalqının tərəqqisi və firavanlığı uğrunda yorulmadan fəaliyyət göstərməyiniz Sizə yüksək nüfuz və һörmәt qazandırmışdır.

Xalqlarımız və dövlətlərimiz arasında dostluq, әmәkdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilib möhkəmləndirilməsinə Siz sanballı töhfələr verirsiniz.

Әminəm ki, qlobal əhəmiyyətli regional layihələrin həyata keçirilməsi sahəsində birgə səylərimiz regionda  sülһ və sabitlik işinə, ölkәlәrimiz  arasında әmәkdaşlığın daһa da genişlәnmәsinә vә dәrinləşməsinә xidmәt edәcәkdir.

Mәn qarşılıqlı һörmәt, etimad və səmimiyyət duyğularına әsaslanan şәxsi münasibətlәrimizi yüksək qiymәtlәndirirəm.Əziz Nursultan Abişeviç, Sizә möһkәm cansağlığı, sәadәt vә  qardaş  Qazaxıstanın daһa da çiçәklәnmәsi naminә dövlәti fәaliyyәtinizdә uğurlar arzulayıram.

Dәrin һörmәtlә,

Heydәr Әliyev, 
Azәrbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 iyul  2000-ci il.