Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri, zati-aliləri cənab Con Meycora - 24 fevral 1994-cü il


Hörmətli cənab Baş nazir!

Qonaqpərvər ölkənizi tərk edərkən, hərarətli qəbula görə, Sizə bir daha minnətdarlığımı bildirmək istərdim.

Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün yeni impuls verəcəkdir.
 
Cənab Baş nazir, Sizə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bütün xalqına böyük səadət və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti