Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünki MDB məkanında, xeyli çətinləşmiş müasir dünya şəraitində belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.
Heydər Əliyev onun yaşıdlarının və hətta ondan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.
Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitindəki dünyanın gözü önündə cərəyan edir. Müstəqillik dövründə qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.
Bu məsələdə isə həlledici rol, tarixi missiya Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin öhdəsinə düşür. Çünki, o, müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac duyulan bir şəxsiyyətdir.
Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.
"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, s.187-188
xxx
Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.
http://heydar-aliyev-foundation.org