Yaponiyanın imperatoru əlahəzrət Akihitoya - Bakı şəhəri, 7 dekabr 2002-ci il


Əlahəzrət!

 

Yaponiyanın milli bayramı - İmperatorun təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri çox əhəmiyyətlidir. Ümidvaram ki, əlaqələrimizi bütün sahələrdə inkşaf etdirmək məqsədi ilə bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 dekabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya