İspaniya Krallığının Baş naziri Zati-aliləri cənab Xose Maria Aznara- Bakı şəhəri, 5 oktyabr 2000-ci il


Hörmətli cənab Baş nazir!

İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi və dost ispan xalqını salamlayır və ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə firavanlıq və tərəqqi arzulayıram.

Mən Azərbaycan Respublikası ilə İspaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndirir və əmin olduğumu bildirirəm ki, qarşılıqlı səylər sayəsində ölkələrimizin əlaqələri getdikcə yaxşılaşacaq, xalqlarımızın mənafeyinə, ümumi sülhə və sabitliyə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 7 oktyabr 2000-ci il.

Tarixi arayış