Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 26 oktyabr 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Moskvanın mərkəzində antiterror əməliyyatı aparılarkən çoxsaylı insan tələfatı olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına ürəkdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 oktyabr 2002-ci il.