Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə çıxışı - "N" hərbi hissəsi, 9 oktyabr 1996-cı il


Salam, Azərbaycan əsgəri!

Azərbaycan Respublikası Milli Ordusunun yaranmasının 5-ci ildönümü münasibətilə sizi təbrik edirəm.

Azərbaycan Respublikasının Milli Ordusu beş il müddətində böyük şanlı yol keçmişdir və indi respublikamızın müstəqilliyini, qüdrətini və ərazi bütövlüyünü müdafiə etməyə qadir bir ordudur. Azərbaycan Ordusunun yaranmasında, böyüməsində, inkişaf etməsində ölkəmizin qəhrəman oğullan böyük xidmətlər göstərmiş, Azərbaycan torpaqlarının erməni təcavüzündən müdafiəsində qəhrəmanlıq nümayiş etdirmiş, şəhid olmuşlar. Azərbaycan Ordusunun yaranması yolunda, respublikamızın müstəqilliyinin, ərazi bütövlüylinün, suverenliyinin qorunması uğrunda mübarizə edənlərin və bu yolda şəhid olanların hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Xalqımız onların xidmətlərini heç vaxt unutmayacaqdır.

Bu gün Azərbaycan Ordusunun sıralarında xalqımızın dəyərli oğulları - əsgərlər, zabitlər xidmət edirlər. Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Azərbaycan Ordusu xalqımızın iftixarıdır. Biz ordumuzla fəxr edirik. Xalqımız ordusuna daim qayğı göstərib və bundan sonra da göstərəcəkdir. Ordumuz daim Azərbaycan xalqının, dövlətinin və Azərbaycan prezidentinin qayğısı altındadır. Biz orduya qayğı göstərməyi, ordu quruculuğunu müvəffəqiyyətlə aparmağı, Azərbaycan Ordusunu möhkəmləndirməyi ən ümdə vəzifəmiz hesab edirik.

Azərbaycanın güclü, qüdrətli ordusu olmalıdır. Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Biz ordumuzun güclənməsi, inkişaf etməsi, yüksək səviyyəyə qalxması üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Xalqımız, dövlətimiz orduya daim qayğı göstərəcəkdir. Bir daha qeyd edirəm, hər bir Azərbaycan vətəndaşının orduda xidmət etməsi onun ən ümdə, şərəfli borcudur, Azərbaycanın hər bir vətəndaşının orduya yardım etməsi, qayğı göstərməsi onun şərəfli borcudur. Mən əminəm ki, Azərbaycan Ordusu, Azərbaycan əsgəri bundan sonra da respublikamızın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa olunması, sərhədlərimizin müdafiəsi üçün dəyərli fəaliyyət göstərəcək və öz qəhrəmanlığı, şücaəti ilə xalqımızı sevindirəcəkdir.

Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna uğurlar arzulayıram. Azərbaycan əsgərinə eşq olsun!

Yaşasın qüdrətli Azərbaycan Milli Ordusu!

Tarixi arayış

ORDU QURUCULUĞU