Manna çarlığı


Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Aşşur salnaməsində qeyd olunur. Aşşur və Urartu dövlətləri arasında Urmiyaətrafı ərazilərə yiyələnmək uğrunda daimi mübarizə şəraitində Manna dövləti öz müstəqilliyini saxlamağa çalışmışdır. Mannanın çiçəklənməsi çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. E.ə. VIII əsrin sonu-VII əsrin əvvəllərində Qədim Şərqdə güclü dövlətlərdən birinə çevrilən Manna dövləti Urmiyaətrafı əraziləri, Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi. E.ə. VII əsrin ortalarında Manna dövləti zəifləyir və e.ə. 590-cı illərdə madalılar tərəfindən zəbt olunur. Paytaxtı İzirtu şəhəri idi.