Sudan Respublikasının Prezidenti zati-aliləri cənab Ömər Həsən Əhməd əl-Bəşirə - Bakı şəhəri, 3 yanvar 2002-ci il


Hörmətli cənab prezident!

Sudan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Sudan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Sudan arasında möhkəmlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 yanvar 2002-ci il.