Tailandın Kralı Əlahəzrət Pumipon Adulyadetə - 5 dekabr 2000-сi il


Əlahəzrət!

Tailand Krallığının milli bayramı – Kralın təvəllüdü günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və dost Tailand xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə firavanlıq və əmin-amanlıq arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tailand Krallığı arasındakı dostluq və əməkdaşlıq münasibətləri genişlənərək ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 6 dekabr 2000-ci il

 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya