Çexiya Respublikasının prezidenti zati-aliləri cənab Vatslav Klausa - 1 mart 2003-cü il


Hörmətli cənab prezident!

Çexiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan ilə Çexiya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 2 mart 2003-cü il.

Tarixi arayış