Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ilə görüşmüşdür (Vaşinqton, 9 aprel 2001-ci il) sənədinə tarixi arayış


2001-ci il aprelin 3-7-də ABŞ-ın Florida ştatının Ki-Vest şəhərində ATƏT-in himayəsi və ABŞ dövlət katibi K.Pauellin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunub, iki ölkə arasındakı münaqişənin həlli yolları axtarılıb. Görüşdə bəyanatla çıxış edən Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə - Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıb.

Aprelin 9-da Heydər Əliyev ABŞ Prezidenti C.Buşla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ağ Evdə xüsusi müzakirə aparıb. Görüşdə Amerika Birləşmiş
Ştatları ilə Azərbaycanı maraqlandıran digər məslələr də müzakirə predmeti olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.185