Hörmətli cənab Prezident!
Zambiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Zambiya xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh və tərəqqi arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası ilə Zambiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahının yüksəlməsi, ölkələrimizin çiçəklənməsi naminə inkişaf edib genişlənəcəkdir.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.