Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri zati-aliləri cənab Toni Bleyerə məktubu - Bakı şəhəri, 11 iyun 2003-cü il


Hörmətli cənab baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında münasibətlərin hərtərəfli və ardıcıl inkişafından məmnunluq duyuram. Əminəm ki, dövlətlərarası əlaqələrimiz bundan sonra da qarşılıqlı surətdə faydalı əməkdaşlığımız üçün yeni-yeni imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 18 iyun 2003-cü il.