Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya - Bakı şəhəri, 8 iyul 2002-ci il


Hörmətli Leonid Daniloviç!

Donetsk vilayətindəki "Ukrayna" şaxtasında yanğın nəticəsində çoxsaylı insan tələfatı olması xəbəri məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 iyul 2002-ci il.