Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın pravoslav xristianlarına təbriki - Bakı şəhəri, 18 aprel 1998-ci il


Əziz həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Vicdan və dini etiqad azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında tarixən olduğu kimi, bu gün də dünya dinləri qarşılıqlı hörmət və etimad prinsipləri əsasında fəaliyyət göstərir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları kimi, respublikamızın pravoslav xristianları da müstəqil, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən rus pravoslav kilsəsi insanların dini-əxlaqi dəyərlərə tapınması və mənən saflaşması yolunda layiqli xidmətlər göstərir.

Qoy müqəddəs Pasxa bayramı ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM