Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Şevron-Teksako” Korporasiyasının vitse-prezidenti, Amerika-Azərbaycan Ticarət Palatasının həmsədri Riçard Matske ilə görüşdə söhbəti - Prezident sarayı, 11 dekabr 2001-ci il


Heydər Əliyev: Yenidən Azərbaycana xoş gəlmisiniz. Sizinlə biz artıq uzun illərdir ki, dostluq edirik. Hər dəfə sizinlə görüşəndə mən çox məmnun oluram. Təbiidir ki, bunun əsasını bizim əməkdaşlığımız qoyubdur. Amma bu əməkdaşlıqdan əlavə, siz insan kimi də burada böyük rəğbət qazanmısınız. Ona görə də mən sizə həmişə dost kimi münasibət göstırirım. Çox məmnunam ki, xanımınız da sizinlə gəlibdir. Sizi salamlayıram, hörmətli xanım. Düzdür, indi Bakıda havalar o qədər yaxşı deyildir. Amma Bakı yaxşıdır.

Riçard Matske: Cənab Prezident, mənim üçün buraya gəlmək böyük şərəfdir. Eyni zamanda buraya xanımımla birlikdə gəlmək mənə çox xoşdur.

Cənab Prezident, ilk dəfə mən Bakıya 1993-cü ildə gəlmişdim. Yəqin ki, Sizin xatirinizdədir. Sizin andiçmə mərasiminiz idi. Siz məni dəvət etməklə mənə böyük şərəf verdiniz.

Heydə r Əliyev: Xatirimdədir. O vaxtdan səkkiz il keçibdir.

Riçard Matske: Həmin zamandan etibarən bizim çoxlu sayda konstruktiv görüşlərimiz olmuşdur.

“Şevron” burada özünü əməli işləri ilə göstərmişdir. Ümid edirəm ki, Sizin liderliyinizlə Azərbaycan inkişaf edəcəkdir və bizim münasibətlərimiz də öz inkişafını davam etdirəcəkdir. Sizin rəhbrəliyiniz altında Azərbaycanda iqtisadi uğurların əsası, ölkənizə xarici sərmayələrin cəlb olunmasının əsası qoyulmuşdur. Mən əminəm ki, bu belə də davam edəcəkdir.

Cənab Prezident, bundan əlavə, mən ölkəmizin rəsmi şəxsləri ilə görüşmüşəm. Onlarla və eləcə də sadə amerikalılarla keçirdiyim görüşlərdən və apardığım söhbətlərdən mənə məlum olmuşdur ki, sentyabrən 11-də Amerika Birləşmiş Ştatlarında baş vermiş faciəli hadisələrdən sonra Siz ABŞ-a yardım əlinizi uzatmısınız və bu, Amerikada böyük rəğbət və hörmət hissi ilə qarşılanmışdır. Biz Amerika Birəlşmiş Ştatlarında bu cür faciəyə dücar olduqdan sonra artıq anlamağa başlamışıq ki, Azərbaycanda da çoxlu streslər və həyəcanlar olmuşdur. Amma terror elə terrordur, fərqi yoxdur, o harada baş verir . Azərbaycanda və yaxud Amerika Birləşmiş Ştatlarında.

Heydər Əliyev: Təşəkkür edir.m. Mən sizinlə ilk görüşumuzu yaxşı xatırlayıram. Səkkiz ildir ki, biz sizinlə sıx əməkdaşlıq edirik. Siz dəfələrlə. Azərbaycana gəlmisiniz. Demək olar ki, hər dəfə Azərbaycana səfəriniz zamanı biz sizinlı görüşmüşük. Mən “Şevron” şirkəti ilə Azərbaycanın əməkdaşlığını çox əhəmiyyətli və uğurlu hesab edirəm. İndiyə qədər sizinlə birgə gördüyümüz işlər gələcəkdə böyük nəticələr verəcəkdir. Mən buna inanıram. Sizin nəzərdə tutduğunuz layihələrin hamısını həyata keçirmək mümkün olacaqdır. Biz öz tərəfimizdən bütün imkanlardan istifadə edəcəyik ki, bunlar həyata keçirilsin.

11 sentyabr hadisələri sizin kimi, bizi də sarsıtmışdır. Biz buna dərhal oz münasibətimizi bildirdik. Bildirdik ki, beynəlxalq terrorizm çox təhlükəli bir haldır. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Amerika Birəlşmiş Ştatlarının bu sahədə təşəbbüsünə qoşulduq və Amerika ilə bir koalisiyada, bir aylansda beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak edirik. Mən çox məmnunam ki, Amerika Birəlşmiş Ştatları tərəfindən aparılan əməliyyatlar uğurla həyata keçirilir, yaxşı nəticələr əldə edilir. Ancaq prezident cənab Buş dəfələrlə deyibdir və biz də bununla razıyıq ki, bu mübarizə hələ davam etməlidir ki, dünyada terrorizmin köku tamamilə kəsilsin. Terrorun cəmiyyətə, insanlara, hər bir ölkəyə nə qədər zərbələr vurduğunu biz son 10-12 ildə öz həyatımızda görmüşük. Ona görə də, biz dərhal Amerika Birəlşmiş Ştatlarınən dərdinə şərik olduq. O terror hadisəsindən bu gun 3 ay keçir. Mən bu gun Amerika səfirliyinə gedəcəyəm, biz bu hadisəni orada yad edəcəyik. Beləliklə, bu hadisənin insanlar, cəmiyyət üçün nə qədər təhlükəli olduğunu bir daha numayiş etdirəcəyik.

Mən bizim əməkdaşlığımızın bundan sonra da uğurlu olacağına əminliyimi bir daha bildirmək istəyirəm.

Riçard Matske: Cənab Prezident, çox sağ olun. Son müddət ərzində biz Xəzər vasitəsilə Qara dənizə kifayət qədər neft məhsulları daşımışıq. Hazırda bu işlərimiz davam etməkdədir. Ümid edirəm ki, qarşıdakı illərdə də bu işi davam etdirəcəyik.

Təəssüf ki, Azərbaycanda neft hasilatçısı olmaq arzumuz həyata keçmədi. Lakin ümid edirəm ki, bu hələ son deyildir.

Heydər Əliyev: Həyata keçəcəkdir.

Riçard Matske: Siz məni artıq əmin edirsiniz ki, Azərbaycanda böyük yataqlar vardər və buna inanıram. Butun bunları, bizim buradakı gələcək işlərimizi nəzərə alaraq, biz hazırda Azərbaycan Dövlət Neft Şirkəti ilə Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin tikintisi üzrə layihələrdə iştirak etmək üçün danışıqlar aparırıq. Şahdəniz yatağından Türkiyəyə çəkiləcək qaz kəməri ətrafında gedən danışıqların uğurla nəticələnməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Azərbaycan beynəlxalq neft sənayesinin böyük bir hissəsi olmaq arzusunu və qabiliyyətini bir daha nümayiş etdirir. Bununla əlaqədar demək istəyirəm ki, qaz kəmərinə dair sazişin uğurla tamamlanması, eyni zamanda neft hasilatı ilə məşğul olan şirkətlər üçün də yaxşı bir işarə olacaqdır. Onlar bu işdə daha əzmlə çalışaacaqlar. Bizim işimiz isə, sadəcə, yaxşı bir neft yatağı tapıb, oradan çıxarılacaq məhsulu gələcəkdə tikiləcək neft kəməri ilə nəql etmək olacaqdır.

Uzun illər “Şevron”u və şəxsən məni dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən Azərbaycanda işləyərkən özümü həmişə rahat hiss etmişəm və öz sevincimi, çətinliklərimi Sizinlə bölüşməkdən heç vaxt çəkinməmişəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, “Şevron”la bundan sonra da bizim əməkdaşlığımız uğurlu olacaqdır. Mən sizə bir kitab bağışlamaq istəyirəm. Bu gun onuncu dəfədir ki, mən sizinlə görüşurəm. Bu, Azərbaycanın neft strategiyası haqqında ikicildlikdir. Burada “Şevron”la bizim butun əlaqələrimiz barədə də yazılıbdır. Fotolar da var. Bu kitabları mən sizə hədiyyə edirəm. Qoy sizin kitabxananızda olsun.

Riçard Matske: Mən bu kitabları saxlayacağam.

Heydər Əliyev: Görürsünüzmü, necə böyük kitablardır.