Аzərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin MDB-nin üzvü оlаn ölkələrin Mədəni Əməkdаşlıq Şurаsının Bаkıdа kеçirilmiş 18-ci iclаsının iştirаkçılаrı ilə görüşü - Prеzidеnt sаrаyı, 4 fеvrаl 2003-cü il


Hеydər Əliyеv: Hörmətli qоnаqlаr, sizi səmimi qəlbdən sаlаmlаyırаm, MDB-nin üzvü оlаn ölkələrin Mədəni Əməkdаşlıq Şurаsının 18-ci iclаsının Аzərbаycаndа kеçirilməsindən məmnun оlduğumu bildirirəm. Biz, ümumən, MDB-nin fəаliyyətində mədəniyyət sаhəsinə böyük əhəmiyyət vеririk.

MDB dövlət bаşçılаrının, dеmək оlаr, hаmısı bеlə bir fikirdədir ki, Birlik ölkələri аrаsındа münаsibətlərin dаhа dа inkişаfının, iqtisаdi əməkdаşlığın gеnişləndirilməsinin təmin оlunmаsındа mədəniyyət sаhəsi çох böyük rоl оynаyır. Bu, həqiqətən, bеlədir. Biz hаnsı ölkəyə və nə qədər mаl sаtır, оndаn nə qədər аlırıq – bunu çох аz аdаm bilir.

Məsələn, əgər indi sоruşsаq ki, MDB ölkələrindən hər biri ilə digərləri аrаsındа, yaxud Azərbaycanla Rusiya arasında mal dövriyyəsi nə qədərdir, hesab edirəm ki, bu suala cavab vermək çətin olacaqdır. Mən bunu mədəniyyətin, incəsənətin əhalinin geniş dairələrinə nə qədər bəlli olduğunu və qarşılıqlı münasibətlərə necə güclü təsir göstərdiyini – bunu heç nə ilə ölçmək olmaz – vurğulamaq üçün deyirəm.

İndi MDB-də müvafiq idarələrin müxtəlif təşkilatları çoxdur. Amma mən hesab edirəm ki, onların arasında mədəniyyət daha mühüm rol oynayır. Yeri gəlmişkən deyim ki, bu təkcə mənim fikrim deyildir. Bu bizim – MDB ölkələri dövlət başçılarının görüşlərində həmişə səslənən ümumi fikirdir. Ona görə də mən şadam ki, siz görüşürsünüz, məsələləri müzakirə edirsiniz, bir-birinizə kömək göstərir və ölkələrimiz, müstəqil dövlətlərimiz arasında mədəni mübadiləni təmin edirsiniz.

Dövlətlər və xalqlar, ayrı-ayrı insanlar arasında dostluğun möhkəmlənməsinə mədəniyyət qədər güclü heç nə təsir göstərə bilməz.

Dövlət başçısı hər hansı ölkədə səfərdə olarkən və orada çıxış edərkən iki ölkə arasındakı əlaqələrdən – iqtisadi-ticarət əlaqələrindən ümumi şəkildə bəhs edir. Ancaq hansısa şairin, yazıçının, bəstəkarın, rəssamın hələ hansısa əsrdə filan-filan əsərlərdə xalqlarımızın dostluğunu tərənnüm etməsi barədə isə daha ifadəli və inandırıcı şəkildə danışır.

Biz görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 85 illiyi münasibətilə təntənəli yubiley mərаsimi kеçirməyə hаzırlаşırıq. Onun «Yeddi gözəl» kimi çox məşhur baleti var. Onun parlaq musiqisi, bəstəkarlıq sənətinin ən yüksək səviyyədə olması, bu baletin XX əsr dünya mədəniyyəti inciləri sırasına düşməyə layiq olması – bütün bunlar öz yerində. Ancaq bəstəkarın XII əsrdə yaşamış və slavyan gözəlini, Çin gözəlini və başqalarını tərənnüm etmiş Nizami Gəncəvinin poemasından istifadə etməsi xüsusi təsir bağışlayır.

Deməli, Nizami hələ 800 il əvvəl bu reallığı görmüş və özünün ölməz poemasında təsvir etmişdir. Bizim müasirimiz Qara Qarayev isə bu süjetdən istifadə edərək, tamamilə başqa formada, amma eyni məzmunda əsər yaratmışdır.

Nizaminin poemasını oxuyursan və orada həmin gözəllərlə bağlı sözləri axtarıb tapırsan, baletə tamaşa edəndə isə hansı gözəlin hansı ölkədən olduğunu bilmək çətin olmur ki, bu, Çin, bu isə slavyan gözəlidir, çünki rejissor işi də, musiqi də son dərəcə mükəmməldir. Mən bunu ona görə deyirəm ki, mədəniyyətin həmişə, təkcə indi yox, qədim dövrlərdən indiyədək xalqlar arasında, dövlətlər arasında, ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında necə mühüm rol oynadığını daha inandırıcı şəkildə ifadə edim. İndi MDB-də, əlbəttə, hər ölkə öz xüsusiyyətlərini, öz dövlət müstəqilliyini qoruyub saxlamaqla, öz mənafelərini müdafiə etməklə daha geniş surətdə əməkdaşlığa yönəldilmiş ardıcıl tədbirlər görülür.

Eyni zamanda, bütün hallarda bizə köməyi dəyən mədəniyyət kimi bir vasitədən istifadə edirik.

Siz mədəniyyət xadimlərisiniz və öz ölkələrinizdə mədəniyyət nazirliklərinə başçılıq edirsiniz. Budur, siz Azərbaycanda toplaşmısınız, mənim qeyd etdiyim məsələləri müzakirə etmisiniz.

Mən orada sizin nə etdiyinizi bilmirdim, əlimin altında heç bir kağız, heç bir arayış yoxdur. Mən bunu bilmirəm.

Amma mən bütün həyatım boyu, həmişə və hər yerdə, həyatımın bütün mərhələlərində, cəmiyyətin inkişafının bütün dövrlərində mədəniyyətə böyük əhəmiyyət vermişəm. Buna görə də mən sizi təbrik edirəm və əminəm ki, siz, sadəcə olaraq, görüşmək, söhbət etmək, bir-birinizə xoş sözlər demək üçün toplaşmamısınız. Hər bir görüşdə, mən isə istərdim ki, xüsusən bu görüşdə siz özünüz bildiyiniz və mənim dediyim məsələnin həlli üçün daha bir ciddi addım atasınız.

Yuri Yarov (MDB-nin icrа katibi): Cənаb Prеzidеnt, səmimi qəbula və Bakıda toplaşmaq imkanı yaratdığınıza görə Sizə minnətdarlığımı bildirərək qeyd edim ki, Prezident Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində mədəniyyət sahəsinə daim diqqət yetirən bir insandır. Şuranın üzvlərinin bu gün məhz burada toplaşması məhz Sizin xidmətinizdir, sizin dövlətinizin xidmətidir.

Şuranın əvvəlki iclasında Azərbaycanın Mədəniyyət naziri Şuranın sədri seçildi və bundan sonra Bakıda keçirilmiş ilk iclas axırıncı 8 il ərzində ən mötəbər iclas оldu. Bunu da əlavə edim ki, bu, yaxşı ənənədir, bugünkü iclasdan başlayaraq estafet davam etdiriləcəkdir. Biz minnətdarıq ki, bu gün işgüzar söhbət oldu. Ümid edirik ki, Azərbaycanın sədrliyi ilə və əgər Siz bizim təklifimizi müdafiə etsəniz, Bakıda MDB ölkələri musiqi kollektivlərinin beynəlxalq festivalını keçirərdik.

Hеydər Əliyеv: Bu ideyanı dəstəkləyirəm. Ancaq bu tədbir dövlət başçılarının Zirvə toplantısı ilə eyni vaxta təsadüf etməməlidir.

Yuri Yarov: Bu festival MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının mədəni əməkdaşlığı genişləndirmək sahəsində qarşıya qoyduqları vəzifələrin yerinə yetirilməsinə dair tədbirlərdən biri olacaqdır.

Mixail Şvidkov (Rusiya Federasiyasının Mədəniyyət naziri): Səmimi qəbula görə minnətdarlıq edərək bildirim ki, bunu, adətən, Şuranın sədri edir. Ancaq indiki sədr həm də Azərbaycanın Mədəniyyət naziri olduğu üçün bu mühüm vəzifəni yerinə yetirmək mənə tapşırılmışdır. Mən bunun öhdəsindən yaxşı gələ bilməyəcəyəm, çünki mən nisbətən təzə nazirəm. Cənab Prezident, bu görüşə görə, bizi mehribanlıqla qarşıladığınıza görə Sizə minnətdarıq. Bu görüş bizim üçün çox mühümdür, çünki Ukrayna tərəfinin təşəbbüsü ilə Polad Bülbüloğlunun Şura sədri seçildiyi Moskvadakı yığıncaqdan sonra biz ilk dəfə toplaşaraq, 2005-ci ilədək əməkdaşlığımızla bağlı mövzuda 14 məsələni artıq müzakirə etmişik.

2005-ci il Birliyin bütün ölkələri üçün çox mühüm bir dövrdür. Bizim birgə fəaliyyətimizdə, əlbəttə, faşizm üzərində qələbənin 60 illiyi ilə bağlı tədbirlər əsas yer tutacaqdır. Bu tarix MDB xalqları üçün öz əhəmiyyətini indi də saxlamışdır və srağagün Volqoqradda keçmiş Sovet İttifaqının, əslində, burada vuruşmuş bütün xalqların nümayəndələri iştirak etmişdir.

Siz bilirsiniz ki, o torpaqda bir çox azərbaycanlı qəhrəmanlar canlarını qurban vermiş və çoxları da Berlinə qədər gedib çıxaraq, vətənə qayıtmışlar. Bu bizim atalarımızın bayramıdır və o hamımızı birləşdirir.

Bu gün MDB-də mədəniyyətlə bağlı dialoqlar və proseslər, bütövlükdə, dünyada baş verən proseslərlə yanaşı gedir. Bunu başa düşmək bizim üçün çox vacibdir. Avropa inteqrasiyası var, Asiya inteqrasiyası prosesləri var, türk dünyası var və bütün bunlar tamamilə yeni proseslərdir. Bu gün biz iclasımızda dedik ki, ötən illər üçün yas saxlamamalıyıq, çünki bunun mənası yoxdur, gələcəyimizi düşünməliyik.

Biz başqa, yeni dünyada yaşayırıq, indi başqa qanunlar, başqa mexanizmlər qüvvədədir və biz MDB çərçivəsində dövlətlərimizin cəlb olunduğu bütün coğrafi-siyasi amilləri nəzərə almalıyıq. Buna görə də mədəniyyət sahəsində hamı ilə əməkdaşlıq etmək, əlbəttə, vacibdir. Bu əməkdaşlıq ümumi xarakterli bütün proseslərə – iqtisadi, siyasi proseslərə təsir göstərir.

Bu bizim hamımızı özünə cəlb edir. Odur ki, kitabxanalararası mübadilə, rəssamlıq təhsili sahəsində mübadilə problemlərini müzakirə edərkən, qanunvericilik bazasına da diqqət yetirməliyik, çünki biz mədəniyyət sahəsində müxtəlif qanunvericiliyə malik dövlətlərlə əməkdaşlıq edirik. Bu qanunvericilik eyniləşdirilə bilməz, lakin burada hansı kommunikasiyaların olduğunu başa düşmək lazımdır. Bir sözlə, mən bütün həmkarlarımın fikrini ifadə edirəm, bu işdə Şura sədrinin fəaliyyəti ona görə çox vacibdir ki, Şura ölkələrimizin mədəniyyətinin yeni minilliyin çağırışlarına hazır olmasında mühüm rol oynasın. Hər şeydən göründüyü kimi, bu bir o qədər asan məsələ deyildir. Lakin mədəniyyət insanlara rahatlıq gətirmək, onların həyatını mənalı etmək üçündür. Biz müxtəlif konfessiyalara mənsub, müxtəlif dillərdə danışan adamlarıq. Ona görə də bizim üçün çox vacibdir ki, Yer kürəsinin bu hissəsində insanların qəlbində dinclik olsun. Mən qonaqpərvərliyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün, həqiqətən günəşli oldu, çünki Siz havanı da dəyişmisiniz. Avropanın 16 dərəcə şaxta olan slavyan hissəsindən gələnlər üçün bu, ayrıca bayramdır, lakin günəş həm də bizim qəlbimizdə idi, çünki biz Azərbaycanda mədəniyyətə yüksək münasibəti hiss etdik.

(Rusiyanın Mədəniyyət naziri iclas iştirakçıları adından Azərbaycan Prezidenti Heydər Əliyevə yaraşıqlı vaza təqdim etdi).

Hеydər Əliyеv: Bakı görüşündə MDB ölkələrinin bütün mədəniyyət nazirləri iştirak edir?

Polad Bülbüloğlu: Cənаb Prеzidеnt, Ermənistanın, Özbəkistanın və Türkmənistanın mədəniyyət nazirləri bu görüşə gəlməmişlər. Onlar Şuranın üzvləri olsalar da, Özbəkistanın və Türkmənistanın nümayəndələri Moskva görüşündə də iştirak etməmiş, Ermənistan isə səfirlə təmsil olunmuşdu.

Hеydər Əliyеv: Bu, əlbəttə, hər ölkənin öz işidir, biz müstəqil dövlətlərik, bu işə müdaxilə edə bilmərik. Mənə Ermənistanın burada iştirak edib-etməməsi maraqlı idi, qalan ölkələrin iştirak etmədiklərini heç bilmirdim də. Siz Polad Bülbüloğlunu Şuranın sədri seçmisiniz. Əlbəttə, sizdə də rotasiya prinsipi olacaq. Biz MDB-də rotasiyanı artıq tətbiq etməyə başlamışıq. Kiyevdə axırıncı iclasda bunu Vladimir Vladimiroviç özü təklif etdi, ondan əvvəl Kişinyovda da rotasiya prinsipinə keçməyi təklif etmişdi və elə bu prinsiplə də biz Leonid Daniloviç Kuçmanı seçdik. Hesab edirəm ki, bu, düzgün qərardır və siz də bunu yaddan çıxarmamalısınız.

Əlbəttə, siz hələ təzə-təzə möhkəmlənirsiniz. Mən MDB-nin iclasında dedim ki, Vladimir Vladimiroviç MDB-ni möhkəmlətdi, birləşdirdi və buna görə də indi başqası rəhbərlik edə bilər. Burada da məsələyə təxminən belə yanaşmaq lazımdır.

Görünür, siz onu çoxdankı nazir kimi seçmisiniz. Lakin bununla belə, rotasiya prinsipində əlifba sırası əsas götürülür.

Elə əlifbaya görə də Azərbaycan birinci yerdədir. Deməli, siz prinsipi pozmamısınız. Əlbəttə, mən özüm MDB-yə başçılıq etmək iddiasında deyiləm və əgər sabah hətta əlifba prinsipi ilə mənə MDB-nin sədri olmaq təklif edilsə, bunun lazım olub-olmadığını fikirləşəcəyəm. Belə məsuliyyəti öz üzərinə götürmək çox ciddi işdir. Bu məsələdə sizə «afərin» demək olar. Siz əlifbaya riayət edirsiniz, ona görə də sizə irad tutmaq olmaz. Əlifbanın növbəti hərfini tətbiq etmək daha çətin olacaqdır.

Muxtar Gül - Məhəmməd (Qazaxıstanın Mədəniyyət, İnformasiya və İctimai Həmrəylik naziri): Cənаb Prеzidеnt, məlumat verərək bildirim ki, fevralın 5-də daha bir tədbir nəzərdə tutulmuşdur: bu görüşdə türkdilli ölkələrin, o cümlədən 6 müstəqil dövlətin və Rusiya Federasiyasının subyekti olan 6 türkdilli ölkənin mədəniyyət nazirləri iştirak edəcəklər.

Orada da bizim liderimiz Azərbaycanın Mədəniyyət naziri olacaqdır. Həqiqətən, TÜRKSOY-un yaradılması təşəbbüsü Polad Bülbüloğluna məxsusdur. Bu gün biz fikir mübadiləsi apardıq. Türkdilli xalqlar 200 milyon nəfərə çatır, Rusiyada türk mədəniyyətinin, türkdilli sivilizasiyanın əhəmiyyəti böyükdür. Rusiya Federasiyasının bu barədə ayrıca planları vardır və biz də onların həyata keçirilməsində fəal iştirak edəcəyik. Buna görə də təkcə mədəniyyətin inkişafına deyil, həm də bütün sosial sahənin inkişafına daim diqqət yetirdiyinizə görə Sizə ürəkdən təşəkkür edirik. Bu gün biz bunu öz gözlərimizlə gördük – filarmoniya bərpa olunur, muzeylər, teatrların hamısı fəaliyyət göstərir. Biz yaxşı bilirik ki, Birliyin bəzi ölkələrində teatrlar bağlanmışdı, incəsənətin tam bir sıra növləri sönmüşdü. Azərbaycanda isə yeni şəraitdə mədəniyyət də, təhsil də, bütün sosial sahələr çiçəklənir və dinamik inkişaf edir. Mən bu qayğıya və qonaqpərvərliyə görə, bizimlə görüşmək üçün vaxt tapdığınıza görə, həmkarlarım adından bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Çox sağ olun, Sizə cansağlığı və xoş diləklər arzulayırıq. Qazaxıstanda Sizi çox sevirlər, Qazaxıstana hər gəlişinizi, Qazaxıstan dövlətinin başçısı Nursultan Nazarbayevin Sizə səmimi və dostcasına münasibətini yaxşı xatırlayırıq. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Hеydər Əliyеv: Mаrаqlıdır, Rusiya Federasiyasının iri türkdilli respublikaları olan Tatarıstan və Başqırdıstan TÜRKSOYda iştirak еdirlər?

Pоlаd Bülbülоğlu: Bəli, bu respublikalar TÜRKSOYda iştirak edirlər.

Hеydər Əliyеv: Fevralın 6-da Opera və Balet Teatrında Qara Qarayevin xatirəsinə həsr edilmiş konsert olacaqdır, sizi bu konsertə dəvət edirəm. Bu, yaxşı simfonik konsert olacaqdır. Bilirəm ki, onu Rauf Abdullayev hazırlayır. Bu yaxınlarda mən Qara Qarayevin oğlunu qəbul etdim və mənə demişdilər ki, onun mənzili yoxdur. Mən sərəncam verdim ki, ona dərhal üçotaqlı mənzil ayrılsın. İndi o burada deyildir, Amerika Birləşmiş Ştatlarına getmişdir. O mənə məlumat verdi ki, Rauf Abdullayev Qara Qarayevin tələbələrinin əsərlərindən ibarət bir neçə simfonik konsert hazırlayır. Bunu da həyata keçirmək lazımdır. Bu, silsilə konsertlər olmalıdır.

Çünki bir var Qara Qarayevin özü, bir də var onun məktəbi, tələbələri. Onların sayı isə az deyildir. Müasir musiqiçilər nəsli nümayəndələrinin hamısı Qara Qarayevin tələbələridir.

Söhbət simfonik musiqidən gedir. İndi konsertlər verin, filarmoniyada bərpa işləri qurtardıqdan sonra isə orada davam etdirərsiniz.

Hazırda filarmoniya yenidən qurulur. Bu, gözəl və qədim bina 100 il öncə tikilmişdir. Vaxt ötdükcə yararsız hala düşmüşdü.

Əvvəl onu bərpa etməyə imkanımız yox idi, lakin mən vəsait axtarıb tapdım. Kimlərsə bizə hansısa faizlərlə kreditlər təklif edirdilər. Nə üçün? Biz bunun üçün öz büdcəmizdən vəsait ayırdıq. Düşünürəm ki, ilk konserti Mstislav Rostropoviç verəcəkdir. O bizim həmyerlimizdir. Hər dəfə buraya gələndə təəssüflənirdi ki, filarmoniya yoxdur. Vaxtilə o bu filarmoniyada konsertlər vermişdir və bizə irad tuturdu ki, nə üçün onu bərpa etmirik. O, filarmoniyanın bərpa olunduğundan xəbər tutanda sevindi və gəlməyi vəd etdi. Rostropoviçin idarəsi ilə simfonik konsert dünya miqyaslı hadisədir.

Sizlərdən mənim salamımı öz ölkələrinizin rəhbərlərinə yetirməyi xahiş еdirəm.Sаğ оlun.