Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fələstin dövlətinin başçısı Yasir Ərəfatla söhbətindən - 14 dekabr 1994-cü il


... Fələstin dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yaradılması üçün yaxşı əsas vardır.

Fələstin xalqının vəziyyəti, onun öz milli dövlətini yaratmaq uğrunda mübarizəsi haqqında mənim ətraflı məlumatım var. Sizinlə bugünkü söhbət bu məlumatları daha da dərinləşdirdi.

... Təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikası da Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Bu təcavüz nəticəsində Dağlıq Qarabağ regionu və onun hüdudlarından kənarda yerləşən daha yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu torpaqlarda yaşayan bir milyondan çox azərbaycanlı isə qaçqına çevrilərək ağır vəziyyətdə çadırlarda yaşayır.