Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdən sonra incəsənət ustaları ilə görüşdə çıxışı - Respublikası sarayı, 7 mart 2002-ci il


Sizi Qadınlar Bayramı münsaibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və bütün işlərinizdə, yaradıcılığınızda uğurlar arzulayıram.

Bu gün çox gözəl konsert verdiniz. Azərbaycan incəsənət ustalarının nə qədər böyük səviyyədə olduqlarını bir daha nümayiş etdirdiniz. Çox sağ olun, hamınıza təşəkkür edirəm.

Gözəl qadınlarsız. Mən həmişə demişəm ki, Azərbaycan qadınları ən gözəl qadınlardırlar. Bunu bu gün bir daha gördük. Sizə təşəkkür edirəm. Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM