Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Zati-aliləri cənab Şeyx Zayid bin Sultan al Nəhəyyana - Bakı şəhəri, 27 noyabr 2000-ci il


Zati-aliləri!

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – dövlətin elan edilməsi günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını salamlayır və səmimiyyətlə təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. İnanıram ki, ölkələrimizin qarşılıqlı əlaqələri inkişaf edib genişlənərək xalqlarımız mənafeyinə, regionumuzda sülhün və əmin-amanlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti. 

"Azərbaycan" qəzeti, 3 dekabr 2000-ci il.