Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti zati-aliləri cənab Əbdüləziz Buteflikaya məktubu - 7 mart 2003-cü il


Hörmətli cənab prezident!

"Əlcəzair hava yolları" aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Əlcəzair xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
"Azərbaycan" qəzeti, 8 mart 2003-cü il.