Tunis Respublikasının prezidenti zati-aliləri cənab Zeynulabidin ben Əliyə - Bakı şəhəri, 22 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafeyi naminə Azərbaycan-Tunis əlaqələrinin inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 20 mart 2003-cü il.