İsrail dövlətinin müdafiə nazirinin müavini cənab Efraim Snehə - Bakı şəhəri, 25 dekabr 1999-cu il


Hörmətli cənab Sneh!

Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm. Sizinlə bu yaxınlarda Bakıda keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram. Biz İsrail ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Biz ölkələrimiz arasında mövcud olan əməkdaşlığın və dostluq münasibətlərinin xalqlarımızın mənəfeyi naminə daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq.

Sizi Yeni il bayramı münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Asiya