Niger Respublikasının prezidenti Zati-aliləri cənab Mamadu Tancaya – Bakı şəhəri, 19 dekabr 2000-ci il


Hörmәtli cәnab prezident!

Niger Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizə və dost Niger xalqına səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Niger Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib genişlənərək, hər iki ölkənin mənafeyinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydәr Әliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 
“Azərbaycan” qəzeti, 20 dekabr 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış