Qırğızıstan Respublikasının prezidenti Zati-aliləri cənab Əsgər Akayevə - Bakı şəhəri, 30 oktyabr 2000-ci il


Hörmətli Əsgər Akayeviç!

Qırğızıstan Respublikasının prezidenti vəzifəsinə yenidən secilməyiniz münəsibətilə Sizi ürəkdən təbrik edirəm.

Prezident seçkilərində Sizin qələbəniz ölkənin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, cəmiyyətin bütün sahələrində demokratik islahatlar aparılmasına yönəldilmiş xəttinizin qardaş qırğız xalqı tərəfindən dəstəkləndiyinə inandırıcı sübutdur.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafeləri naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 31 oktyabr 2000-ci il.