Hörmətli cənab prezident!
Kitsştaynxorn dağı altındakı tuneldən keçən funkulyor qatarında baş vermiş yanğın nəticəsində çoxsaylı insan təlafatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
“Azərbaycan" qəzeti, 12 noyabr 2000-ci il.