Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qəmər adaları Federal İslam Respublikasının Prezidenti zati-aliləri cənab Kolonel Azali Assumaniyə təbriki - Bakı şəhəri, 5 iyul 2000-ci il


Hörmətli cənab Prezident!

Qəmər Adaları Federal İslam Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Qəmər adalarının dost xalqını ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə firavanlıq və əmin-amanlıq arzulayıram.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın tərəqqisinə və rifahına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış