Azərbaycan Prezidenti Heydər Əliyevin Özbəkistan Prezidenti İslam Kərimov ilə görüşdəki söhbətindən - Yalta, 9 avqust 1998-ci il


İslam Kərimov:  Hörmətli cənab prezident!

Sizinlə - böyük hörmət və ehtiram bəslədiyim bir şəxsiyyətlə yenidən görüşməyimdən çox məmnunam. Sizin müstəqil Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolunuz çox böyükdür. Ölkənizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində əldə etdiyiniz nailiyyətlər çox yüksəkdir. Mən əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevriləcəkdir. Özbəkistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəkdir.

Heydər Əliyev: Hörmətli cənab Kərimov!

Səmimi sözlərinizə görə təşəkkür edirəm. Mən xalqlarımız arasında gözəl ənənələrə malik tarixi dostluq münasibətlərinin gündən-günə möhkəmləndiyini, ölkələrimizin bütün sahələrdə əməkdaşlığının inkişaf etdiyini xüsusi qeyd etmək istərdim. Mən bu işlərin gedişatından çox razıyam. Siz bilirsiniz ki, bu ilin sentyabr ayında Bakıda Avropa-Asiya nəqliyyat magistralının perspektivləri, o cümlədən TRASEKA proqramı çərçivəsində Qədim İpək yolunun bərpa edilməsi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək. Biz bu işə ciddi hazırlıq görürük.

İslam Kərimov: Mən belə bir konfransın keçirilməsini yüksək qiymətləndirirəm. Bu olduqca vacib və aktual bir məsələdir. Özbəkistan bu konfransın işində mütləq iştirak edəcəkdir. Bundan başqa, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran hər hansı məsələni biz mütləq həll etməliyik. Bir daha Sizinlə görüşümə şad olduğumu bildirirəm.