Amerika Birləşmiş Ştatlarının Vitse-Prezidenti Cənab Al. Qora - Klivlend şəhəri, 18 may 1999-cu il


Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Klivlend klinikasında müalicə olunduğum zaman mənə göndərdiyiniz səmimi məktuba, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı faydalı dostluq əlaqələrini və strateji tərəfdaşlıq münasibətlərini daha da genişləndirmək və inkişaf etdirmək məqsədi ilə Sizinlə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.