"Bleyer haus" iqamətgahı


ABŞ-da məşhur tarixi binalardan sayılır. Gözəlliyi, əzəməti və cazibədarlığı ilə digər binalardan seçilir. İqamətgah ABŞ-a rəsmi səfərə gəlmiş dövlət başçılarının sərəncamına ən çoxu iki günlüyə verilir. Azərbaycan Prezidenti Heydər Əliyevə hörmət əlaməti olaraq "Bleyr haus" iqamətgahı dörd günlüyə verilib və o burada ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edən çox dəyərli görüşlər keçirib.