"Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxışı (Lüksemburq, 22 aprel 1996-cı il)" sənədinə tarixi arayış


Avropa Birliyi ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt Heydər Əliyevin digər Cənubi Qafqaz respublikalarının prezidentləri ilə birgə 1996-cı il aprelin 22-də imzaladığı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi olub. 1999-cu ildə qüvvəyə minən, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil edən bu saziş cəmiyyətin müxtəlif sferalarında - siyasi, iqtisadi, mədəni, sosial və s. qarşılıqlı münasibətlərin inkişafına yönəlib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.68