22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik- 21 iyul 1994-cu il


Əsası Həsən Bəy Zərdabinin "Əkinci" qəzeti ilə qoyulmuş, şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın mədəni-mənəvi təkamulundə muhum rol oynamışdır.

Milli azadlıq hərəkatının daim on sıralarında kecmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin muəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli tohfələr vermişdir. Mustəqil Azərbaycanın iqtisadi, siyasi və sosial problemləri, sərhədlərimizin toxunulmazlığı, respublikamızın ərazi butovluyu uğrunda gedən qanlı muharibə bu gun də qələm sahiblərimizi qayğılandıran başlıзa mцvzulardandır. Mətbuat və soz azadlığı şəraitində fəaliyyət gostərən Azərbaycan jurnalistləri bu cətin və şərəfli vəzifələri ləyaqətlə yerinə yetirməklə yanaşı, beynəlxalq aləmdə dovlətimizin demokratik imicinin formalaşlırılmasına da xidmət edirlər.

Milli Mətbuat gunu munasibətilə jurnalistləri və bu sahədə зalışan butun işciləri urəkdən təbrik edir, onlara Vətənimizi daha işıqlı gələcəyi naminə ağır və şərəfli fəaliyyətlərində uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış