Sloveniya Respublikasının Prezidenti zati-aliləri cənab Yanez Drnovşekə - Bakı şəhəri, 17 iyun 2003-cü il


Hörmətli cənab prezident!

Sloveniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın dəstəyi ilə ikitərəfli əlaqələrimizi inkişaf etdirmək yolundakı səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 iyun 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa