"Arko"


ABŞ neft şirkəti. 1865-ci ildə Filadelfiyada yaradılıb. Neft yataqlarının kəşfiyyatı, neft hasilatı və emalı, neft və neft məhsullarının satışı üzrə ixtisaslaşıb. 1995-ci ildən Bakıda fəaliyyətə başlayıb. 1999-cu ildə bp şirkəti ilə birləşən "Arko" bu şirkətin tərkibində Bakıda öz fəaliyyətini davam etdirir.