Qaçqın


Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin ‎statusu haqqında" Qanununun 1-ci maddəsinə əsasən milliyyətinə, irqi və ‎vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən ‎sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, ‎əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə ‎etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə ‎etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, ‎Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ‎ərazisində "qaçqın" hesab edilir.