Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Kim De Çjuna təbriki - Bakı şəhəri, 7 avqust 2001-ci il


Hörmətli cənab Prezident!

Koreya Respublikasının milli bayramı - Koreyanın azad olunması günü münasibətilə Sizi və dost Koreya xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyinə xidmət edərək bundan sonra da daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya