Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Yohannes Rauya - Bakı şəhəri, 8 fevral 2000-ci il


Hörmətli cənab prezident!

Köln şəhəri yaxınlığında sərnişin qatarlarının qəzaya uğraması nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 9 fevral 2000-ci il.