Yаpоniyanın Baş naziri Zati-ailələri cənab Yoşimo Moriyə - Bakı Şəhəri, 7 iyul 2000-ci il


Hörmətli cənab Baş nazir!

Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasında daim genişlənməkdə olan dostluq və əməkdaşlıq münasibətlərinə  böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə dərinləşəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 8 iyul  2000-ci il

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya