Azərbaycan Prezidenti Heydər Əliyevin Bakının Gənclər meydanında, Qoşa qala qapısı önündə Novruz bayramı şənliyində çıxışı - 21 mart 1999-cu il


Əziz həmvətənlər, dostlar!

Ölkəmizin paytaxtı Bakının sakinləri!

Sizi, Azərbaycanın bütün vətəndaşlarını əziz bayramımız - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar arzulayıram.

Novruz bayramı xalqımızın qədim zamanlardan sevdiyi və həmişə xalqımıza xoşbəxtlik, sevinc gətirən bayramdır. Biz sevinirik ki, indi artıq müstəqil Azərbaycanda Novruz bayramı hər yerdə özünə yer tapıbdır, insanlar əziz bayramlarını sərbəst, azad qeyd edir və bu günlərdə öz arzularına çatmağa çalışırlar.

Qoy Novruz bayramı Azərbaycanın vətəndaşlarına, bütün xalqımıza yeni-yeni uğurlar, sevinc, şadlıq gətirsin. Qoy Novruz bayramı Azərbaycanın hər bir vətəndaşına, ailəsinə sülh, əmin-amanlıq, səadət, rahatlıq, rifah, mehribanlıq gətirsin. Qoy Novruz bayramı xalqımızı daha da birləşdirsin, həmrəy etsin, cəmiyyətimizdə mehribanlıq, qarşılıqlı anlaşma yaratsın. Qoy Novruz bayramı ölkəmizə sabitlik, rahatlıq, sülh, əmin-amanlıq gətirsin. Qoy Novruz bayramı hər bir azərbaycanlının, vətəndaşımızın öz istəklərinə, arzularına çatmasına yardım etsin.

Şübhə yoxdur ki, Novruz bayramı ilə başlanan bu bahar, yeni il Azərbaycan xalqı üçün daha da uğurlu olacaqdır. Şübhə yoxdur ki, biz müstəqil, azad, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə yeni addımlar atıb irəliləyəcəyik. Şübhə yoxdur ki, vətəndaşlarımızın hamısının səyi ilə ölkəmiz daha da inkişaf edəcək və insanlar öz arzularına çatmaq üçün daha da irəliləyəcəklər.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Hər bir ailəyə səadət, xoşbəxtlik, rahatlıq arzulayıram. Ölkəmizə, xalqımıza sülh, mehribanlıq, əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun, əziz dostlar, bacılar, qardaşlar!

Sağ olun.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər