Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə - Bakı şəhəri, 3 noyabr 1999-cu il


Hörmətli cənab prezident!

Amerikanın Massaçusets ştatı yaxınlığında təyyarə qəzası nəticəsində Misir vətəndaşlarının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanların ailələrinin dərdinə şərik çıxır, onlara və bütün qardaş Misir xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.