Amerika Birləşmiş Ştatlarının prezidenti əlahəzrət Bill Klinton cənablarına - Bakı şəhəri, 2 iyul 1993-cü il


Hörmətli cənab prezident!

Böyük ölkənizin istiqlaliyyətinin 217-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edir, sizə və bütün Amerika xalqına səadət, əmin-amanlıq və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edib sizi əmin etmək istəyirəm ki, Azərbaycan-Amerika münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə inkişaf etməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Demokratiya, insan hüquqlarına və milli azlıqların hüquqlarına, BMT Nizamnaməsinə, bütün beynəlxalq hüquq normalarına hörmət prinsipləri Azərbaycan Respublikasının dövlət siyasətinin əsasını təşkil edəcəkdir.

Zənnimcə, sizin ölkənizlə əməkdaşlıq, Qərb ölkələri barəsində açıqlıq bizə demokratik islahatlar keçirməkdə, bazar iqtisadiyyatı yaratmaqda kömək edəcək. Azərbaycan xalqının əsl mənada azad və müstəqil xalqlar cərgəsinə inamla qoşulmasına imkan verəcəkdir.

Səmimiyyətlə, sizin Heydər Əliyev Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

"Azərbaycan" qəzeti, 3 iyul 1993-cü il.