Livan Respublikasının prezidenti Zati-aliləri cənab Emil Ləhhuda - Bakı şəhəri, 20 noyabr 2000-ci il


Hörmətli cənab prezident!

Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Livan xalqını salamlayır və ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Livan arasında dost və əməkdaşlıq münasibətlərinin yaxşı perspektivləri vardır və bu münasibətlər hər iki ölkənin xalqlarının rifahı naminə getdikcə inkişaf edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib Sizə və dost Livan xalqına ən səmimi arzularımı çatdırır, ölkənizin tərəqqisi və inkişafı yolunda Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 noyabr 2000-ci il.