Stepan Georgiyeviç Şaumyan (1878-?)


Stepan Georgiyeviç Şaumyan (13 oktyabr 1878 - ?) XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli inqilabçı və siyasi xadim, 1900-cü ildən kommunist partiyasının üzvü. Şaumyan 1917-ci il fevral inqilabından sonra Bakı Sovetinin sədri olmuşdur. 1917-ci ilin oktyabrında Qafqaz bolşevik təşkilatının I qurultayına rəhbərlik etmiş, dekabr ayında V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunmuşdur. 1918-ci ildə Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş vermişdir. Bu zaman minlərlə azərbaycanlı erməni-rus birləşmələri tərəfindən qəddarcasına qətlə yetirilmişdir.