Hörmətli cənab baş nazir!
Yaponiyanın keçmiş baş naziri, görkəmli siyasi xadim Keydzo Obutinin vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Yaponiya xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycan” qəzeti, 16 may 2000-ci il